A

UNEC-in İqtisadiyyat fakültəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97 illiyinə həsr  olunan “Heydər Əliyevin həmişəyaşar iqtisadi inkişaf strategiyası” mövzusunda onlayn elmi seminar keçirilib.

Fakültə dekanı, dosent Asiman Quliyev Ulu öndərin Azərbaycan iqtisadiyyatının inkişafı istiqamətində apardığı uzaqgörən siyasətdən söz açaraq, bu siyasətin hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Sonra “Sosial sahələrin iqtisadiyyatı və qiymətləndirmə” kafedrasının müdiri, professor Əli Əlirzayev “Heydər Əliyevin həmişəyaşar iqtisadi inkişaf strategiyası” mövzusunda çıxış edib. Professor ümummilli liderin Azərbaycanın ağır günündə ona rəhbərlik etdiyini və həmişə xalqının yanında olduğunu deyib. Bildirib ki, Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə ictimai həyatın bütün sferalarında olduğu kimi, iqtisadi sahədə də atılan həlledici addımlar Azərbaycan iqtisadiyyatının tərəqqisində müstəsna rol oynamışdır. Ulu öndərin milli dövlətçilik konsepsiyasının əsas atributlarından biri olan müstəqil və inkişaf etmiş iqtisadiyyat quruculuğu onun gərgin əməyi sayəsində gerçəkliyə çevrilməklə müasir Azərbaycanın iqtisadi və sosial inkişaf  yolunu müəyyən etmişdir.

Məruzədən sonra “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müdiri, prof. Məhiş Əhmədov, “İqtisadi nəzəriyyə”  kafedrasının müdiri prof. Əlican Babayev, “Beynəlxalq iqtisadiyyat” kafedrasının müdiri prof. İrşad Kərimov və “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasının müdiri prof.Validə Mehdiyeva məruzə ətrafında çıxış ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay