A

UNEC-in Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkli şöbəsinin təşkilatçılığı ilə UNEC-də fəaliyyət göstərən tədqiqat mərkəzlərinin rəhbər və tədqiqatçıları ilə onlayn görüş keçirilib.

Tədbir tədqiqat mərkəzlərinin fəaliyyətinin mövcud vəziyyətinin müzakirəsinə həsr olunub.

Tədbirdə elm və innovasiyalar üzrə prorektor, professor Sakit Yaqubov tədqiqat universitetinə keçidlə əlaqədar fundamental, tətbiqi və eksperimental elmi tədqiqatların aparılması üçün konkret və spesifik tədqiqat istiqamətləri üzrə UNEC-də 31 Tədqiqat Mərkəzinin yaradıldığını, onların əksəriyyətinin artıq tam formalaşdığını bildirib. Mərkəzlərin fəaliyyətlərinin təşkili üçün vacib olan müvafiq infrastrukturun yaradılmasının, müasir maddi-texniki baza ilə təmin olunmasının nəzərdə tutulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sakit Yaqubov “Elm aylığı” çərçivəsində Tədqiqat Mərkəzləri tərəfindən keçirilməsi  nəzərdə tutulmuş tədbirlərin onlayn keçiriləcəyini vurğulayıb.

Daha sonra mərkəz rəhbərləri çıxış edərək, təmsil etdikləri mərkəzin fəaliyyətindən, əldə etdikləri nailiyyətlərdən, iştirak etdikləri beynəlxalq proqram və layihələrdən, əməkdaşlıq istiqamətlərindən, həmçinin mövcud durum barədə danışıblar. UNEC Tədqiqat Mərkəzlərinin müştərək fəaliyyətlərinin gücləndirilməsi və mərkəzlərin beynəlxalq elmi proqramlara, qrant layihələrinə qoşulması, beynəlxalq elmmetrik bazalara daxil olan jurnallarda (Web of Science, Scopus) mərkəzlər adından məqalə sayının artırılması ilə bağlı təkliflərlə çıxış ediblər. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay