A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin “Elmi fəaliyyətin təşkili” şöbəsinin təşkilatçılığı iləİqtisadi mühazirələr silsiləsindən“Dünya iqtisadiyyatında struktur böhran və Azərbaycan: çağırışlar, perspektivlər" mövzusunda onlayn seminar keçirilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, professor Zahid Məmmədovun moderatorluğu ilə keçirilən seminarda UNEC professoru Elşad Məmmədov dünya iqtisadiyatında yaranmış vəziyyətin Azərbaycanla yanaşı, dünya ölkələrinə, qlobal iqtisadiyyata təsiri, yaranan fəsadlar, həmçinin böhrandan mümkün çıxış yolları haqqında geniş məlumat verib. Bildirib ki, müasir şəraitdə həm qlobal, həm də regional aspektdə dünya iqtisadiyyatında baş verən proseslər milli iqtisadi sistemlər, eyni zamanda onların dayanıqlı rəqabət üstünlüklərinə nail olmalarının təminatçısı olan fundamental və tətbiqi elm, təhsil sferaları qarşısında yeni çağırışlar qoymaqdadır. Məruzəçi Azərbaycan iqtisadiyyatında dayanıqlığın qorunması, digər tərəfdən isə qabaqlayıcı iqtisadi inkişafa keçilməsi üçün innovasiya tutumlu iqtisadiyyatın formalaşmasının olduqca önəmli olduğunu vurğulayıb. 

Elmi-nəzəri və tətbiqi baxımdan çox maraqlı keçən tədbirin təqdimat hissəsindən sonra professor Elşad Məmmədov seminar iştirakçılarının, o cümlədən kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin çoxsaylı suallarını cavablandırmış və tədbir qarşılıqlı müzakirələr əsasında  davam edib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay