A

Ümumi fənlərin tədrisinin təşkili departamentinin təşkilatçılığı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına həsr olunan onlayn  elmi seminar keçirilib.

Elmi seminarı giriş sözü ilə açan departamentin direktoru, dos.Gülnarə Rzayeva Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və fəaliyyəti barədə məlumat verib. Bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmuşdur.

Seminarda “Humanitar fənlər” kafedrasının müdiri prof.Vəkil Həsənov “Azərbaycan Xalq Cümhuriyyəti-Azərbaycan Respublikası: tarix və müasirlik, müqayisəli təhlil” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi  Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixini təhlil edərək, müstəqil Azərbaycan Respublikasının Azərbaycan  Xalq Cümhuriyyətinin varisi olmasını faktlarla göstərib. Azərbaycan Respublikasının müstəqiliyinin qorunub saxlanması və möhkəmlədirilməsində Ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tarixi xidmətləri qeyd olunub.

Elmi seminarda müzakirələrdə “Xarici dillər” kafedrasının müdiri, prof.Afət Abbasova, “Mülki müdafiə” kafedrasının müdir əvəzi, dos.Y.Ələkbərov, “Humanitar fənlər” kafedrasının professorları A.Seyidov, M.Paşayeva, dos. H.Mustafayeva və başqaları mövzu ilə bağlı çıxış ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay