A

UNEC-də “R statistika dilində, xətti modellərin köməyi ilə verilənlərin modelləşdirilməsi və vizuallaşdırılması” mövzusunda virtual təlim təşkil olunub.

EFTİED-in Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin təşkilatçılığı ilə keçirilən təlimi UNEC Koqnitiv İqtisadiyyat Mərkəzinin rəhbər müavini, ABŞ Texas A&M Universitetinin müəllimi, İnsan Davranışları laboratoriyasının baş meneceri Samir Hüseynov keçib.

Təlimçi iqtisadi və sosial elmlərdə R statistika dilinin tətbiqinin daha da geniş vüsət aldığını, proqramın açıq-mənbə (open source) prinsipləri əsasında yaranması və inkişafının onu dünya tədqiqatçıları arasında xüsusi olaraq populyar etdiyini, daim genişlənən proqram bazasının mövcudluğunu, istər sadə, istərsə də struktural və kompleks əsasda qurulmuş geniş diapozondakı iqtisadi modellərin empirik sualların cavablandırılmasında tətbiqinin asan olduğunu təlim iştirakçılarının diqqətinə çatdırıb.

Təlimin birinci hissəsində iqtisadi modelləşdirmənin konseptual əsaslarına nəzər salınıb. İkinci hissəsində isə R statistika dilində datanın ilkin analizi və vizuallaşdırılması əyani nümunələrlə iştirakçılara təqdim olunub.

UNEC-in professor-müəllim heyəti, dissertant və magistrantlarının iştirak etdiyi təlim böyük maraqla qarşılanıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay