A

UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi ilə Türk Dünyası İqtisad Fakültəsinin birgə t.əkilatçılığı ilə Milli Mətbuatın yaranmasının 145 illiyinə həsr edilmiş “Azərbaycan milli mətbuatı  -  XIX-XX əsrlər”  mövzusunda video-konfrans keçirilib.

“Azərbaycan dili” kafedrasının müdiri, professor Tofiq Əbdülhəsənlinin moderatorluğu ilə keçirilən tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid müstəqillik illərində Azərbaycan mətbuatına göstərilən dövlət qayğısından danışıb. Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun mətbuat katibi İlkin Nadirov son aylar ərzində fondda həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

BMDM-in direktor müavini, dosent Aytən Hüseynli, “İqtisadiyyat və işlətmə” kafedrasının müdiri, dosent Oqtay Quliyev və TUDİFAK-ın dekanı Yusif Əliyev Milli Mətbuatın milli və bəşəri dəyərlərin təbliğatında müstəsna rolundan danışıblar.

Sonda iştirakçıların sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay