A

UNEC-in Zaqatala filialında “Regionların sosial-iqtisadi inkişafında müasir universitetlər: yeni çağırışlar və perspektivlər” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib.

UNEC-in Zaqatala  filialının direktoru professor Orucəli Rzayev konfransda 9 elm və tədris müəssisəsindən 58 nümayəndə iştirak etdiyini diqqətə çatdıraraq, konfransın işinə uğurlar arzulayıb.

Konfransda çıxış edən Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, professor Zahid Məmmədov mövzunun aktuallığından danışıb.

Sonra konfras işini bölmə iclaslarında davam edib.

“Fənlərarası inteqrasiya: faktlar, problemlər və perspektivlər” mövzusuna həsr olunan bölmə İqtisadiyyat və idarəetmə kafedrasının müdiri, dos. Səfər Razıyevin, “İqtisadiyyat və idarəetmə ixtisasları üzrə region universitetlərin inkişaf etdirilməsi” mövzusunda olan bölmə iclası isə Zaqatala İqtisad Məktəbinin rəhbəri Babək Alıyevin moderatorluğu ilə aparılıb.

Məruzəçilər regionlarda universitetlərinin sayının arıtılmasınının, maddi-texniki bazalarının zənginləşdirilməsinin, eləcə də kadr potensialının artırılmasının əhəmiyyətindən danışıblar, bu təhsil müəssisələrinin regionların sosial-iqtisadi inkişafındakı rolundan bəhs ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay