A

Beynəlxalq magistratura və doktoranura mərkəzinin (BMDM) təşkilatçılığı ilə magistrantlar üçün ödənişsiz olaraq SPSS (Statistical Package for Social Seciences) təlimləri keçirilir.

SPSS elmi tədqiqat institutları, akademik təşkilatlar, tədqiqatçılar üçün nəzərdə tutulan və beynəlxalq səviyyədə tanınan statistika və data analitikası proqram təminatıdır. Təlim bu sahədə peşəkar mütəxəssis, UNEC-in İqtisadiyyat və işlətme kafedrasının müəllimi Şahin Əkbərov tərəfindən aparılır. İlk təlimdə yerli tələbələrlə yanaşı, əcnəbi tələbələr də iştirak edib.

Zoom platforması üzərindən təşkil olunan təlimin həftədə 1 dəfə 2 saat olmaqla, ümumilikdə isə 15 saat tədris edilməsi nəzərdə tutulub.

Təlimdə nəzərdə tutulan mövzular əsasında tələbələrə proqramla bağlı geniş məlumatlar verilir, sonda isə iştirakçıların sualları cavablandırılır. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay