A

Rusiya Federasiyasının Ali İqtisad Məktəbi Milli Tədqiqat Universitetinin rəhbərlərin ixtisasartırma tədris mərkəzi (Koçubey-mərkəzi) tərəfindən "Бренд ученого в свете международной репутации университета" mövzusunda sertifikatlı təlimlər keçirilib.  

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru professor Zahid Məmmədovun “Universitetlərin beynəlxalq reputasiyası kontekstində alimin brendi” mövzusu ilə çıxışı seminarda maraqla qarşılanıb.

Seminarda tədqiqat fəaliyyəti sahəsində universitetlərin rəqabətqabiliyyətliliyinin inkişafına yeni yanaşmalar, müasir tədqiqatçının brend tərkibinin strukturu, elmi karyera imkanları, tədqiqat inkişaf trayektoriyası, elmi mühitə adaptasiya, sosial şəbəkələrdə alimin brendinin tanıtımı və inkişafı mövzularında təlimlər keçirilib.

Təlimlərin sonunda ixtisasartırma tədris mərkəzi tərəfindən iştirakçılara sertifikatlar təqdim olunub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay