A

UNEC Enerji İqtisadiyyatı Mərkəzi, Cənubi Qafqaz Beynəlxalq Müasir Elmlər Akademiyası (Böyük Britaniya) və Beynəlxalq Tədqiqat, Təhsil və Təlim Mərkəzinin (Estoniya) təşkilatçılığı ilə "Enerji təhlükəsizliyi və enerji səmərəliliyi" mövzusunda I Beynəlxalq Elmi-Praktiki konfrans keçirilib.

Müasir dövrdə enerji ehtiyatlarının azalması, qiymətlərin dəyişkən olması, dünya ölkələrinin siyasi, iqtisadi və enerji mənbələri uğrunda maraqlarının toqquşması hər bir ölkənin enerji təhlükəsizliyini təmin etmək üçün güclü bir strategiya aparılmasını zəruri edir ki, bu da konfransın əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib.

Onlayn formatda keçirilən konfransda Batumi Naviqasiya Tədris Universiteti (Gürcüstan), Bioresurs və Ətraf Mühitin İdarə Edilməsi Milli Universiteti (Ukrayna), Beynəlxalq Balkan Universiteti (Şimali Makedoniya), Xmelnitski adına Milli Universitet (Ukrayna), Qafqaz Beynəlxalq Universiteti (Gürcüstan), Gürcüstan Texniki Universiteti (Gürcüstan), “Yuri Kondratyuk Poltava Politexnik” Milli Universiteti (Ukrayna) dəvətli təşkilatlar qismində iştirak ediblər.

İki gün davam edən konfransda Azərbaycan Respublikasında enerji təhlükəsizliyi və enerji səmərəliliyi prioritetləri, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın mövqeyi, Enerji sektorunda səmərəliliyi artırmaqda texnologiyaların rolu və əhəmiyyəti, Azərbaycanın davamlı sosial-iqtisadi inkişafının təhlili və qiymətləndirilməsi,  Enerji daşıyıcılarının qiymətinə ekonofizik baxış və s. mövzularda məruzələr dinlənilib.

Prof. Badri Gechbaia (Batumi Şota Rustaveli adına  Dövlət Universiteti), prof. Müslüm İbrahimov (Zigen Universiteti), Dr. Liza Alili Sulejmani (Beynəlxalq Balkan Universiteti), Dr. Natia Shengelia (Gürcüstan Texniki Universiteti), Dr. Liza Alili Sulejmani (Beynəlxalq Balkan Universiteti), Dr. Loid Karchava (Qafqaz Beynəlxalq Universiteti), Dr. Ksenija Cipek (Zaqreb universiteti), Dr. Natia Shengelia (Gürcüstan Texniki Universiteti) və digərləri konfransda məruzə ilə çıxış ediblər.

TOP XƏBƏRLƏR