A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzi (KİM) "Nizami Gəncəvi irsi dünya kitabxanalarında" layihəsini davam etdirir.

Layihənin ikinci sayında Britaniya Kitabxanasında Nizami Gəncəvi irsi araşdırılıb. Kitabxanada Nizami Gəncəvi irsinə dair 196 kitab, 42 audiomaterial, 4 məqalə və 1 tezisdən ibarət ümumilikdə 243 əsərin biblioqrafik yazısının mövcudluğu məlum olub.

Bu əsərlər Bakı ilə yanaşı, Təbriz, Nyu-York, London, Paris, Sürix, Amsterdam, Daşkənd, Moskva, Tokio, Tbilisi, Berlin, Leypsiq, Vyana, Roma, Lahor, Tehran və s. dünyanın müxtəlif şəhərlərində Azərbaycan, türk, ingilis, rus, fransız, alman, italyan, ərəb, fars, latın, isveç və s. dillərdə nəşr edilmiş və ya yazıya alınıb. Araşdırma zamanı məlum oldu ki, Britaniya Kitabxanasında Nizami irsinə dair mühafizə olunan ən qədim nümunələr 1373-cü ildə Tehranda fars dilində yazıya köçürüldüyü ehtimal edilən əsərlərdir.

Kitabxanada diqqəti cəlb edən nəşrlərdən biri də şairin 1802-ci ildə Leypsiqdə latın dilində nəşr edilmiş əsəri olub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay