A

Analitik Xülasə 1

SciVal Scopus elmi nəşr platformasının verilənlərini statistik və analitik üsullarla ölçmək və təhlil etmək üçün nəzərdə tutulmuş analitik sistemdir. Bu analitik sistemdə Azərbaycanın bir elmi və otuz ali təhsil müəssisəsinin səhifəsi mövcuddur. Bu səhifələrdən biri UNEC-ə məxsusdur ki, https://www.scival.com/overview/summary?uri=Institution/718666  linkinə daxil olaraq xülasə bölməsində son illərin metrik göstəricilərinə baxmaq mümkündür. Xülasə hissəsində maksimum doqquz il ərzində UNEC-in ümumi metrik göstəriciləri, elmi sahələr üzrə nəşrlərin bölgüsü, elmi tədqiqat mövzuları (cluster), fəaliyyət göstəriciləri,  sahə üzrə normallaşdırılmış sitat təsiri (FWCI) yüksək olan elmi əsərlər haqqında məlumatlar yer almaqdadır.

Yuxarıda qeyd olunan metrikləri daha konkret göstəricilər üzrə təhlil etmək üçün Tədqiq etmə panelində aşağıdakı bölmələr mövcuddur.

  1. Biblometrika
  2. Elmi töhfə
  3. Tədqiqat sahələri
  4. Reytinqlər
  5. Əməkdaşlıq
  6. Təsir faktorları
  7. Maliyyələşdirmə mənbələri

İlk öncə qeyd etməliyik ki, Biblometrika hissəsində 1996-2026-cı il aralığında UNEC-in nəşr, istinad, baxış metrikləri və jurnal kateqoriya kvartili göstəriciləri əks olunmuşdur. Nəşr metrik göstəricisi 4 hissəsdən ibarətdir.

1.Elmi əsər sayı

2.Ən yüksək sitat alan nəşrlər

3.Elmi nəşrlərin kateqoriya kvartili yüksək olan jurnallarda payı (CiteScore, SNIP, SJR)

4.Ən çox istinad alan elmi əsərlər

Hal-hazıradək, 1996–2026-cı illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) elmi nəşrlərinin ümumi sayı 3157 təşkil etmiş, ən yüksək sitat alan nəşrlər üzrə göstəricilərdə isə 2018-ci ildən etibarən sabit artım dinamikası müşahidə olunmuşdur. UNEC-in ümumi elmi əsər sayının 18,7%-i (589) dünyada ən çox sitat alan nəşrlərin ilk 10% kateqoriya reytinqindədir.

Bununla yanaşı, UNEC-in elmi nəşrlərinin kateqoriya kvartili yüksək olan jurnallarda payı CiteScore üzrə 31% (894), SNIP üzrə 22,6% (673), SJR üzrə isə 21,2% (592) təşkil etmişdir. Bu hissənin sonunda Ən çox istinad alan 5 elmi əsər göstərilir ki, bu elmi əsərlərin 3-ü 2024-ci ilin, 2-si isə 2018-ci ildə nəşr olunan elmi əsərlərdir.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə UNEC-də SciVal analitik sisteminin istifadəsinə start verildiyini nəzərə alaraq, Elmmetrika şöbəsi SciVal platformasının imkanları və UNEC-in elmi göstəricilərinin analitik xülasələrini müntəzəm olaraq ictimaiyyətlə paylaşacaq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay