A

UNEC-də “İqtisadiyyatın rəqəmsallaşmasının məşğuliyyətə təsiri” mövzusunda onlayn seminar keçirilib.

Seminarı giriş sözü ilə açan Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin müdiri Rəna Hüseynova mövzunun aktuallığına diqqət çəkərək, rəqəmsallaşmanın iqtisadiyyatın bütün sahələrinə tətbiqinin müasir dövrün çağırışlarından olduğunu deyib.

Əmək Bazarının Monitorinqi Mərkəzinin rəhbəri dos. İsmayıl İsmayılov seminarda səsləndiriləcək fikirlərin rəqəmsal iqtisadiyyat şəraitində əmək bazarının araşdırılmasında faydalı olacağını bildirib.

Daha sonra UNEC Əmək Bazarının Monitorinqi Mərkəzinin tədqiqatçısı, Milli Observatoriyanın Əmək bazarının təhlili və monitorinqi şöbəsinin müdiri Dr. Mətləb Mahmudov cəmiyyətin rəqəmsallaşmaya transformasiyası fonunda insanları ən çox düşündürən məsələlərdən birinin məhz rəqəmsallaşmanın əmək bazarlarına təsiri və məşğulluq olduğunu deyib. Məruzəçi qeyd edib ki, yeni məhsulların, proseslərin və texnikaların ortaya çıxması böyük imkanlar yaratmaqla yanaşı, işəgötürənlər və işçilər üçün məşğulluq problemləri də yaradır ki, bu problemlərin həlli üçün mövcud işçi qüvvəsi yenidən hazırlanmalı və ya onlar müasir biliklərə malik işçilər tərəfindən əvəz edilməlidir.

Seminarın məruzəçisi Rəqəmsal İqtisadiyyat Tədqiqat Mərkəzinin rəhbəri r.ü.f.d. Ülviyyə Rzayeva Gig iqtisadiyyatın üstünlükləri barədə ətraflı məlumat verib, orta nəsil insanların adaptasiyası ilə bağlı dünya təcrübəsindən nümunələri seminar iştirakçıları ilə bölüşüb.

Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında geniş müzakirələr aparılıb, məruzəçilər tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi  səhifəsi üzərindən canlı yayımlanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay