A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Enerji iqtisadiyyatı Mərkəzinin rəhbəri, prof. Elşən Hacızadənin baş redaktoru olduğu ENECO jurnalı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 28 yanvar 2022-ci il tarixli qərarı ilə iqtisad elmləri sahəsi üzrə Azərbaycan Respublikasında məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər siyahısına daxil edilib.

Jurnal haqqında ətraflı məlumat əldə etmək üçün http://www.aak.gov.az/single/421 linkinə keçid edə bilərsiniz.

TOP XƏBƏRLƏR