A

UNEC-də “Beynəlxalq hüquq baxımından “Cənubi Azərbaycan türkləri problemi” mövzusunda onlayn seminar keçirilib.

Seminarı giriş sözü ilə açan Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin müdiri Rəna Hüseynova Tədqiqat Mərkəzlərinin fəaliyyətindən, aparılan araşdırmaların nəticələrinin ictimaiyyətə çatdırılmasının əhəmiyyətindən danışıb.

UNEC Türk Dünyası İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, moderator dos. Oqtay Quliyev Güney Azərbaycan türklərinin problemlərinə beynəlxalq hüquqi qiymətin verilməsi baxımından keçirilən seminarın aktuallığını diqqətə çatdırıb.

Sonra UNEC TDİAM-in tədqiqatçısı s.e.f.d. Elşən Məmmədli təqdimatla çıxış edərək, Cənubi Azərbaycanda məskunlaşmaq məcburiyyətində qalan türklərin problemlərindən, onların azadlıq uğrunda apardıqları mübarizələrdən, üsyanlardan danışıb. Bildirib ki, İranda mövcud olan avtoritar və teokratik rejim ölkədə farslaşdırma və ayrı-seçkilik siyasətini dəyişməsə, idarəçiliyinin demokratikləşdirilməsi istiqamətində addımlar atılmazsa ölkədə yaşayan azlıqlar beynəlxalq hüququn onlara verdiyi öz müqəddəratını təyinetmə hüququna müraciət edə bilərlər.

UNEC TUDİFAK dekanı Pr.Dr Mehmet Yüce Güney Azərbaycan mövzusunun həmişə aktual olduğunu, siyasi təlatümlər zamanı yaşanan böyük köçlər nəticəsində buraya üz tutmuş türklərin günümüzə qədər qarşılaşdığı problemlərin araşdırılmasına ehtiyac olduğunu vurğulayıb.

Seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında geniş müzakirələr aparılıb, məruzəçi tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Seminar UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili Şöbəsinin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay