A

“Yaşıl iqtisadiyyat və ekoloji imperativlərə doğru yol: yeni çağırışlar, imkanlar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans çərçivəsində plenar iclas keçirilib.

UNEC-in Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru professor Zahid Məmmədovun moderatorluğu ilə keçirilən plenar iclasda akademik Əli Abbasov, professor Qorxmaz İmanov, konfransın sədri prof.dr. Cemal Zehir, Türkiyənin əmək və sosial müdafiəsi nazirinin müavini prof.dr. Lüftihak Alpkan, daxili işlər nazirinin müavini prof.dr. Eyyüp Sabri Erdil, pr.dr. Hasan Karataş, Böyük Britaniyanın Canterbury Christ Church Universitetindən dr. Dadabrata Chovdhury, UNEC “Enerji iqtisadiyyatı” mərkəzinin rəhbəri professor Elşən Hacızadə, Rusiya Humanitar Universitetinin Domodedova filialının professorları çıxış ediblər.

“Azərbaycanın ekoloji sivilizasiya səviyyəsinin indeksinin qiymətləndirilməsinə qeyri-səlis yanaşma”, “Yaşıl liderlik idarəetməsi və təcrübəsi”, “Yaşıl energetikanın qlobal trendləri və Azərbaycan reallıqları”, “Yaşıl sahibkarlıq və post covid gərginlik”, “Yaşıl inkişaf və sosial məsuliyyət” mövzularının müzakirə olunduğu iclasda, qaldırılan problemlərin həlli yolları barədə təkliflər səsləndirilib.

Konfrans panellərlə davam edib.

Azərbaycanın və digər ölkələrin dövlət və özəl qurumlarının rəhbərlərinin, elm, təhsil nümayəndələrinin iştirakı ilə keçirilən panel iclaslar “Yaşıl insan resursları, yaşıl universitet”, “Yaşıl sağlamlıq, yaşıl şəhər, ekologiya vergisi”, “İşğaldan azad edilmiş ərazilərdə yaşıl iqtisadiyyat potensialı” mövzularında olub. İştirakçılar mövzu ilə bağlı elmi araşdırmaları ilə çıxış ediblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay