A

UNEC-də Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsi və UNEC “Bir kəmər, Bir yol” Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə «Bir kəmər, Bir yol» layihəsi və Azərbaycan üçün yeni imkanlar” mövzusunda onlayn seminar keçirilib.

Seminarı giriş sözü ilə açan UNEC Tədqiqat Mərkəzlərinin İşinin Əlaqələndirilməsi və Təşkili şöbəsinin müdiri Rəna Hüseynova mövzunun aktuallığından danışaraq bildirib ki, Azərbaycan “Bir kəmər, bir yol” layihəsinin reallaşdırılmasına ilk olaraq münasibət bildirən və bu işdə fəal iştirak edən ölkələrdən biridir. Məruzəçi həmçinin adı çəkilən layihənin uğurla həyata keçirilməsinin respublikamızın Çin ilə əlaqələrinin daha da dərinləşəcəyinə , iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişlənəcəyinə xidmət edəcəyini vurğulayıb.

Seminarın məruzəçisi, UNEC “Bir kəmər, Bir yol” Tədqiqat Mərkəzinin tədqiqatçısı, iqtisadçı ekspert Aslan Əzimzadə təqdimatla çıxış edərək bildirib ki, Çinin əsas təşəbbüskarı olduğu və Azərbaycanın da yer aldığı «Bir kəmər, Bir yol» layihəsi qədim İpək Yolunun canlandırılması və Uzaq Şərqlə Avropanı birləşdirmək məqsədi daşıyır ki, bu layihənin icrası dünyanın gələcək 50 illik iqtisadiyyatını müəyyənləşdirmək gücünə malikdir. Məruzəçi qeyd edib ki, dünyanın nəqliyyat xəritəsini dəyişdirəcək nəhəng əməkdaşlıq platforması olan bu layihə geosiyasi balansa təsir etmək gücünə sahibdir və Azərbaycanın bu qlobal layihədə açar dəhlizlərdən biri olması ölkəmizin iqtisadi və siyasi gələcəyi baxımından əhəmiyyətlidir.

Seminarı izləmək üçün

TOP XƏBƏRLƏR