A

Fevralın 22-də Maliyyə Nazirliyinin təşkilatçılığı ilə “Təhsil sektorunda Ortamüddətli Xərclər Çərçivəsinin (OMXÇ) tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçid” mövzusunda seminar keçirilib.

Seminarda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Nazirlər Kabineti, Hesablama Palatası, mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarının rəhbərləri və nümayəndələri, habelə Milli Məclisin Elm və təhsil, İqtisadi siyasət komitələrinin üzvləri, eləcə də beynəlxalq təşkilatların təmsilçiləri, ekspertlər və tədqiqatçılar iştirak edib.

Seminarın məqsədi OMXÇ-nin tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçid prosesi ilə bağlı görülmüş işlər, o cümlədən təhsil sektorunda bu sahədə görülmüş işlərin nəticələri barədə məlumat vermək, habelə islahat prosesində qarşıya çıxan çağırışları və növbəti addımları tərəf müqabillərinin iştirakı ilə müzakirə etməkdir.

Müzakirələrdə çıxış edən UNEC Elmi fəaliyyətin təşkili və isdarəedilməsi departamentinin direktoru prof. Zahid Məmmədov dövlət maliyyə sahəsində genişmiqyaslı islahatların aparıldığını qeyd edərək, bu islahatların prioritet istiqamətlərindən birinin məhz Ortamüddətli Xərclər Çərçivəsinin tətbiqi və nəticəəsaslı büdcə mexanizminə keçid prosesində, ilk növbədə, yüksək peşəkar mütəxəssislərin hazırılığı, elmi tədqiqat işlərinin təhlili və qiymətləndirilməsi meyarları barədə təkliflərini diqqətə çatdırıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay