Elm festivalı çərçivəsində UNEC-in elm üzrə prorektoru, prof.Sakit Yaqubovun moderatorluğu ilə “Doktorantura: elmi tədqiqat prosesində effektivliyi təmin edə bilirikmi?” mövzusunda onlayn debat keçirilib.
Debatda Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin rəhbəri dosent Fariz Əhmədov, Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru prof. Zahid Məmmədov, prof. Məhiş Əhmədov, dosentlər Zöhrab İbrahimov, Rəşad Hüseynov və Doktorantura şöbəsinin müdiri, dosent İlqar Seyfullayev iştirak ediblər.
Müzakirələrdə doktoranturada tədris prosesinin təşkilinin normativ əsasları, mövzu və elmi rəhbər seçimi, doktorantların attestasiya prosesi, dissertasiyaların keyfiyyəti və elmi plagiat halları ilə bağlı məsələlər müzakirə olunub. Bu istiqamətdə universitetdə görülə biləcək işlər barədə fikir mübadiləsi aparılıb.