A

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) tələbələr arasında idmana olan marağı artırmaq, sağlam həyat tərzini təşviq etmək və komanda ruhunu gücləndirmək məqsədilə futbol turniri keçirilib.

ISE tələbələri Əli Hüseynli, Mürsəl Qorçuyev və Ramil Səfərovun təşkilatçılığı ilə keçirilən və böyük maraqla izlənən "ISE Football Tournament"də 12 komanda qələbə uğrunda mübarizə aparıb.

Turnirdə  “Lions Club" komandası qalib olub. II yerin sahibi  "Flaqman", III yerin sahibi isə "Alumni Knights" komandası olub. Turnirin sonunda qalib komandalar və fərqlənən oyunçular mükafatlandırılıb. "Lions Club" komandası kubok və qızıl medalla, ikinci yerin sahibi "Flaqman" gümüş medalla, üçüncü yerin sahibi "Alumni Knights" isə bürünc medalla təltif olunub.

TOP XƏBƏRLƏR