A

UNEC-in Türk Dünyası İqtisad Fakültəsində ənənəvi olaraq təşkil olunan müəllim, məzun, tələbər arasında növbəti TUDİCUP futbol çempionatı keçirilib.

Çempionatda ümumilikdə 13 komanda, 135 iştirakçıdan ibarət 1 müəllim, 5 məzun və 6 tələbə komandası iştirak edib.

3 ay davam edən çempionatın finalına “Müəllimlər”, “İşlətmə 2007”, “Karma” (məzunlarından ibarət komanda) və “Uluslararası ilişkilər 4” komandası vəsiqə qazanıb. Gərgin və maraqlı keçən oyunlarda “İşlətmə 2007” komandası 4:3 hesabı ilə “Karma” komandasını məğlub edərək TUDİCUP 2019 çempionatının qalibi olub.

TUDİFAK-da ənənəvi olaraq hər il keçirilən çempionatın məqsədi fakültənin müəllim, tələbə və məzunlarını bir araya gətirmək və asudə vaxtlarının səmərəli keçirməkdir. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay