UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən Şahmat Klubu və UNEC İdman Klubunun birgə təşkilatçılığı ilə Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş tələbələrarası şahmat turniri keçirilib.
Turnirin əsas məqsədi tələbələr arasında şahmata olan marağın artırılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və intellektual oyunların UNEC tələbələri arasında təbliği olub.
Gərgin və maraqlı qarşılaşmalar şəraitində keçən turnirdə nəticələr belə olub:
- I yer– Fuad Əliyev (Maliyyə və mühasibat fakültəsinin, I kurs tələbəsi)
- II yer– Turan Bəndalıyev (Maliyyə və mühasibat fakültəsinin, I kurs tələbəsi
- III yer– Aytən Ələsgərova (İqtisadiyyat və idarəetmə fakültəsinin, IV kurs tələbəsi)
Qaliblər diplom, medal və hədiyyələrlə təltif olunublar.