A

azedu.az

Son zamanlar rəqəmsal universitetin yaradılması barədə müzakirələr aparılır.

Maraqlıdır, bəs rəqəmsal universitetin yaradılmasında nə kimi faydalar olacaq?

Sözügedən məsələ ilə bağlı AzEdu.az-açıqlama verən iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib ki, bu gün rəqəmsal iqtisadiyyat çərçivəsində Azərbaycanda ciddi işlər görülür:

 “1 həftə bundan əvvəl Belarusiyaya getmişdim. Orada keçirilən konfransda dövlət nümayəndələri və İqtisadiyyat Nazirliyi arasında müəyyən müzakirələr oldu. Əsas mövzu ondan ibarət idi ki, biz ölkənin milli iqtisadi modelini qurmaq üçün hansı addımları atmalıyıq? Bu sferada geniş danışıldı. Bir müddət sonra həmin iştirakçılara bir sual ünvanladım. Qeyd etdim ki, siz milli iqtisadiyyata keçid elan etdiniz. Bəs milli iqtisadi keçiddə universitetlərin rolu nə olacaq? Yeni iqtisadi model üçün hansı kadrlara ehtiyac duyulacaq?” Həmin kadrlar xaricəmi güvənəcəkdir? Biz niyə daxildən bu kadrların ehtiyacını düşünmürük?".

Hesab edirəm ki, bu gün rəqəmsal iqtisadiyyat çərçivəsində Azərbaycanda ciddi işlər görülür. Bununla bağlı müvafiq dövlət proqramları qəbul edilir. Bəs rəqəmsal iqtisadiyyatda, rəqəmsal universitet necə olacaq?

Biz indiyə qədər klassik universitetlərin, tədqiqat universitetlərinin və innovasiya yönümlü universitetlərin faəliyyəti ilə tanış olmuşuq. Bu gün isə yeni bir çağırış, rəqəmsal universitetlər formalaşmağa başlayır. Bu rəqəmsal universitetdə gələcək mütəxəssislərin rəqəmsal texnologiyalarla işləmək bacarığına yiyələnməsi üçün hansı addımlar ata bildik və nə etdik?”.

Professor qeyd edib ki, rəqəmsal universitetlə bağlı elmi bazalarda 164 məqalə yazılıb:

 “Bu məqalələrin əsas müəllifləri İngiltərə, Amerika Rusiya, Çin, Almaniya kimi ölkələrdir. Müşahidələrim onu göstərir ki, rəqəmsal iqtisadiyyat məhz bu ölkələrə aiddir”.

Həmsöhbətimizin sözlərinə görə ölkəmizdə internet resurslarından düzgün istifadə edilmir:

“Noyabrın 16-da Azərbaycan Dövlət İqtisad Universitetində rəqəmsal universitet barədə geniş şəkildə müzakirə aparılacaq. Düzdür, bu universitetin yaradılması olduqca vacib məsələdir. Amma xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanda bununla bağlı ciddi boşluqlar var. İnsanların əksəriyyəti artıq beyinləri vasitəsi ilə fikirləşə bilmirlər. Yəni, internet resursları tənqidi düşüncəni söndürür. Baxırsan ki, psixoloq olmayan psixologiyadan, iqtisadçı olmayan iqtisadiyyatdan danışır. Gerçək iqtisadçını 10 nəfər bəyənir, lakin qeyri-ciddi insanı 1 milyon nəfər...

Bu məsələni düşünmək lazımdır. Cəmiyyətimizdə böyük bir təhlükə var və bu təhlükənin qarşısını almaq lazımdır. Qabiliyyətsiz insanların cəmiyyətin inkişafına mane olmasının qarşısı alınmalıdır”.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay