A

525-ci qəzet

UNEC-də 2016/17-ci tədris ilinin qış imtahan sessiyasının obyektivliyinin və şəffaflığının təmin edilməsi məqsədi ilə imtahanlar ictimaiyyətə açıq keçirilir. Bu gün “525-ci qəzet”in əməkdaşı Sevinc Qarayeva UNEC-də imtahan prosesində müşahidəçi qismində iştirak edərək, reportaj hazırlayıb. Həmin reportajı təqdim edirik.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2016-17-ci tədris ilinin qış imtahan sessiyası davam edir.

Yanvarın 6-da Beynəlxalq İqtisadiyyat Məktəbinin (BİN) tələbələri imtahan veriblər. Yazılı şəkildə təşkil olunan imtahanda əsasən 2 və 3-cü kurs tələbələri iştirak edib. Tələbələr əsasən Dünya iqtisadiyyatı, Maliyyə, Makroiqtisadiyyat və İdarəetmə uçotu fənnindən imtahan veriblər. İmtahanın gedişini hər qrup üzrə 2 nəzarətçi izləyib. Tələbələr onlara təqdim edilən 6 sualdan 5 - ni seçə bilər. Sualları cavablandırmaq üçün tələbələrə 100 dəqiqə vaxt verilib.

İmtahana məsul şəxs, Beynəlxalq İqtisadiyyat Məktəbinin direktor müavini İnara Rzayeva deyir ki, tələbələr onlara təqdim edilən sualları inglis dilində cavablandırırlar. 17 baldan yuxarı nəticə göstərən tələbə isə imtahandan keçmiş sayılır.

Qeyd edək ki, sessiya dövründə tələbələrin biliyinin obyektiv qiymətləndirilməsi və şəffaflığın təmin edilməsi məqsədilə UNEC-də yeniliklər tədbiq edilib. Bu yeniliklərdən biri də jurnalistlərin “nəzarətçi” qismində imtahanlara cəlb olunmasıdır. “525-ci qəzet”in əməkdaşı dünən nəzarətçi qismində imtahanlarda iştirak edib. İmtahan sessiyası ictimaiyyətə açıq keçirildiyindən istənilən valideyn də övladının imtahanını izləyə bilər. Bu da UNEC-də imtahanların şəffaf və düzgün keçirilməsində xəbər verir.

Ötən il olduğu kimi bu il də imtahan zamanı tələbələrə biliklərini nümayiş etdirmək üçün bütün şərait yaradılıb. Onlar da bu şəraitdən yararlanaraq çox sərbəst və rahat şəkildə sualları cavablandırırlar. Stress və həyəcan kecirmədən.İmtahan prosesində nizam-intizam, şəffaflıq özünü biruzə verir. Tələbələrə, ümumilikdə imtahan prosesinə kənar müdaxilə yoxdur. Yəni imtahanda iştirak edən nəzarətçi və məsul şəxslər yalnız öz vəzifələrini yerinə yetirirlər. İmtahan prosesi zamanı heç bir neqativ halla qarşılaşılmadı.

Tələbələrin biliyinin qiymətləndirilməsi zamanı da obyektivlik təmin edilir. Belə ki, təqdim olunan suallara düzgün cavab verən tələbənin biliyi düzgün qiymətləndirilir. Şəffaflıq təmin edilir. Tələbə imtahanda göstərdiyi nəticəyə görə qiymətləndirilir.

Məlumat üçün bildirək ki, sessiyanın sonuna kimi UNEC-də kitabxana və oxu zalları axşam saat 22.00-dək işləyəcək. Tələbələr imtahana hazırlaşarkən yaranan sıxlığın aradan qaldırılması üçün bütün tədris binalarında fasiləsiz internetlə təmin edilən xüsusi auditoriyalar ayrılıb.

S.QARAYEVA

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay