A

UNEC-də 2016/17-ci tədris ilinin qış imtahan sessiyası davam edir. İctimaiyyətə açıq keçirilən imtahanların gedişini Modern.az saytının müxbiri Qafar Ağayev müşahidə edib.

Yazılı və test üsulu ilə keçirilən imtahan prosesini izləyən jurnalist UNEC-də yaradılan “Qərargah”ın fəaliyyəti ilə də tanış olub. Sonda jurnalist öz təəssüratlarını unec.edu.az saytı ilə bölüşüb: “Həm yazılı, həm də test üsulu ilə keçən imtahanları izlədim. Hər iki imtahanda tələbələr sərbəst şəkildə imtahan verirlər. Heç bir əlavə müdaxilə müşahidə etmədim. Tələbələr o qədər özlərinə güvənli görünürdülər ki, hiss olunurdu ki, heç hər hansı əlavə vəsaitə ehtiyac da yoxdur. Sonra yazılı imtahan nəticələrinin yoxlanılması prosesi ilə tanış oldum. Prosesin obyektiv və şəffaf təşkil edilməsinə heç bir şübhəm qalmadı.

Mən həm də QHT və KİV nümayəndlərinin UNEC tələbələri arasında keçirdikləri anonim sorğuda iştirak etdim. Ən çox diqqətimi çəkən məqam o oldu ki, tələbələrə sorğunun anonim keçirildiyini bildirəndə çox rahatca cavab verdilər: “Açıq da keçirə bilərsiniz. Biz öz fikrimizi deməkdən çəkinmirik. Hər hansı problemlə rastlaşanda da bu barədə ya facebook vasitəsi ilə UNEC rektoruna yazır, ya da “Açıq qapı”da özü ilə görüşürük. Bütün müraciətlərimiz yerindəcə araşdırılır”. Tələbələr üçün belə şəffaf və səmimi ortam yaratmaq təhsil sistemində çox böyük uğurdur. Müşahidə etdiklərimdən sonra UNEC-dən böyük təəssüratla ayrılıram”.

TOP XƏBƏRLƏR