Xəbərlər.az

Məlumat verdiyimiz kimi, növbəti Startap Günləri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçiriləcək. 

Belə ki, Startap Günləri mayın 25-26-da UNEC-də baş tutacaq. Hazırda Startap Günlərinə hazırlıqlar davam edir. 

23948

Tələbələr də Startap Günlərinə böyük həyəcanla hazırlaşır.

Xeberler.az olaraq tələbələrlə Startap Günlərinə hazırlıqla bağlı ətraflı söhbət etdik:

UNEC-in 3-cü kurs tələbəsi Məmmədov Şahin deyir ki, ilk dəfə Startap Günlərinə qatılır və gözləntiləri böyükdür:

 23958

“Artıq 2 ildən çoxdur bu sahəni yaxından izləyirəm. Xarici və yerli startaplarla maraqlanıram. Demək olar artıq ideyam da var. Ümid edirəm ki, Startap Günləri özümüzü tanıtmaq üçün faydalı olacaq. Bilirsiniz, biznes sahəsində reklam çox vacibdir. Həmçinin, tədbirdə iştirak edəcək yeni bacarılqı tələbərlə tanış olacağıq. Əlaqə qurmaq baxımından da Startap Günləri maraqlı olacaq”.

1-ci kurs tələbəsi Arzu Mahmudova isə düşünür ki, Universitetdə belə tədbirin keçirilməsi onlar üçün faydalıdır:23964

“Yaxşki belə şərait yaradıldı. Uzun müddətdir ideyam var, onu həyata keçirmək istəyirdim. Məncə, Startap Günləri ideyamı daha da genişləndirməyə, layihəmi formalaşdırmağa yardım edəcək”.

Universitet tələbəsi Aytac Yusibova da Startap Günlərinə ilk dəfə qatılır.

23960

Onun Günlərdən gözləntiləri odur ki, ekspertlər ideyasının biznes planını hazırlamağa və ideyanın layihə formasına gətirilməsinə dəstək göstərəcək.

Əzizova Tuğra da ilk dəfə iştitrak edənlərdir.

23959

Deyir ki, artıq ideyasını hazırlayıb.

Həsən Quliyev startap sektorunu yaxından izləyir. Ona görə də Startap Günləri diqqətini cəlb edib:

23961

“Startap Günlərində ilk dəfə iştirak edəcəm. Startap sektorunu əvvəlcədən araşdırdım və çox diqqətimi cəlb etdi. İdeyamı formalaşdırıb, həyata keçirmək istəyirəm. Elə tədbirə də bu məqsədlə qoşuluram”.

Nihal Mirzəliyev də bu sahəyə böyük marağı olduğunu deyib:

23962

“Ekspertlərlə görüşdən sonra sahəyə marağım daha da artdı. Mən də Startap Günlərində iştirak edəcəm. Artıq turizmlə bağlı ideyam var. Belə tədbirin keçirilməsini eşidəndən sonra ideyamın realığa çevirmək üçün həvəs yarandı. Çalışacam, 2 gün bütün tədbirlərdə iştirak edib. Bu, bizim gələcəyimiz üçün çox vacibdir”.

Cavid Xəlil də Startap Günlərində ilk dəfə iştirak edənlərdəndir. O, startaplarla bağlı yerli və xarici bazarı yaxından izlədiyini deyib:

23963

“Startap həyata keçirən şəxsləri izləyirəm. Startap Günlərindən əsas gözləntim qalib gəlməkdir (gülür)”.

Startap Günləri Startap Azərbaycan və UNEC təşkilatçılığı ilə keçiriləcək. Layihəyə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, YTP və İT-nin İnkişaı Dövlət Fondu dəstək verir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay