A

AZƏRTAC

“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ali təhsil müəssisələri tələbələri arasında respublika çempionatı keçirilir.

AZƏRTAC xəbər verir ki, çempionatın təqvim planına idmanın 6 növü daxil edilib, o cümlədən şahmat, stolüstü tennis, cüdo, yunan-Roma güləşi, sərbəst güləş, badminton üzrə qızlar və oğlanlar arasında yarışlar keçirilir.

Çempionata daxil olan badminton idman növü üzrə yarış Bakı Slavyan Universitetinin idman zalında, cüdo yarışması isə Pirallahı İdman Kompleksində keçirilib.

Səkkiz kişi və qadın komandaları arasında keçirilən badmintonçuların mübarizəsində fəxri kürsünün ən yüksək pilləsinə Bakı Dövlət Universitetinin təmsilçiləri qalxıblar. Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri ikinci, Azərbaycan Tibb Universitetinin komandası isə üçüncü olublar.

Respublika çempionatına daxil olan kişi cüdoçuların yarışında 9 komanda iştirak edib. İlk üçlükdə Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin komandaları yer alıblar.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay