A

“Qlobal təhsil çağırışlarına cavab verən universitetdə elm və təhsilin inteqrasiyası qaçılmazdır”. Modern.az xəbər verir ki, bunu UNEC-in rektoru, professor Ədalət Muradov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin Təhsil Nazirliyinin ötən ilki fəaliyyətinə həsr olunan hesabatda səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Rektor bildirib ki, elm və təhsilin vəhdətindən bəhs edərkən, bu iki vacib fəaliyyətin bir fərddə – müəllimdə deyil, universitetdə cəmləşməsi əsas götürülməlidir: “Universitetlərdə pedaqoji fəaliyyətlə məşğul olan müəllimlərlə tədqiqatçı müəllimlər bir-birindən ayrılmalı, nəticədə beynəlxalq standartlara uyğun təlim və tədris texnologiyalarını tətbiq edən pedaqoqla tədqiqatçı müəllimlərin nailiyyətləri vəhdət təşkil etməlidir”.

Ə.Muradov akademik A.Əlizadənin ali məktəblərin statuslarının bir-birindən fərqlənməlidir fikrini də dəstəkləyib: “Universitetlər təsnifatlaşmalı və reytinqlər də həmin statuslara görə müəyyən edilməlidir”.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay