A

eduexpo.az

Biz “Education 2018” sərgisində böyük həvəslə iştirak edirik.

Bizim universitet Azərbaycanın ən qədim universitetlərindən biridir və bu gün burada 18 min nəfərdən artıq tələbə təhsil alır. Ali təhsil müəssisəmiz tələbat olan ixtisasların çoxluğu sayəsində populyardır. Burada maliyyə menecmenti (Azərbaycan, rus və ingilis dillərində magistratura), beynəlxalq ticarətin əsasları (üç dildə) və biznesin idarə edilməsi ixtisasları üzrə təhsil verilir, müxtəlif sahələr üçün iqtisadçılar, loqistika sahəsində marketinq, audit məsələləri və maliyyə uçotu üzrə mütəxəssislər hazırlanır. Bakalavr proqramları dizayn, statistika, ekologiya, qida təhlükəsizliyi, sertifikatlaşdırma və standartlaşdırma, informasiya texnologiyaları və başqa sahələrdə mütəxəssislərin hazırlanmasını nəzərdə tutur.

Biz bu sərgidə tətbiqi peşələrə daha çox diqqət ayırmaq qərarına gəldik və buna görə də müxtəlif, əsasən də milli ornamentli təsvirlərin parça üzərinə çəkilməsi barədə (Texnologiya və Dizayn Fakültəsinin) kompyuter məhsulunu təqdim edirik. Bu məhsul artıq “Gilan Holding” şirkətinin fabriklərində istifadə edilir və parlaq gələcəyə malikdir. Tətbiqi sənət nümunələrinin yaradılmasına diqqət ayırmaqla yaradıcı gəncləri cəlb etmək, təhsil proqramlarına yeni impuls vermək niyyətindəyik.

Ali təhsil müəssisəsində 9 fakültə fəaliyyət göstərir və burada təxminən min müəllim çalışır. Bizim təhsil müəssisəmiz “QS” şirkətinin versiyasına əsasən Şərqi Avropa və Mərkəzi Asiya regionunda 5 ən yaxşı universitetdən biridir. ADİU dünyanın 92 universiteti ilə əməkdaşlıq sazişi imzalayıb.

Universitetin unikallığı həm də əlilliyi olan tələbələr üçün (“ERASMUS+”, “Mevlana” və digər) proqramların reallaşdırılmasındadır.

Azər Hüseynov, Azərbaycan Dövlət İqtisad Universitetinin təmsilçisi

TOP XƏBƏRLƏR