A

azedu.az

2019-2020-ci tədris ilində ölkənin ali təhsil müəssisələrinin magistratura səviyyəsində oxumaq istəyən  12387 nəfər bakalavr  ərizə verib.

Onlardan 6506 nəfəri magistr adını qazanaraq, müxtəlif ali təhsil müəssisələrinə qəbul olunublar.

Qeydiyyat hələ başlamasa da, qəbul olanların çoxu  magistratura dərəcəsi üzrə oxumaq üçün Azərbaycan Dövlət İqtisad Universitetini seçib.

Qeyd edək ki, 2019-2020-ci tədris ili üzrə bütövlükdə Azərbaycan ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunanların təqribən 4 nəfərdən biri və ya  23,64%-i UNEC-in payına düşüb.

O cümlədən, ölkə üzrə 112 və daha çox bal toplayan 704 magistrantdan 42%-i və ya 295 nəfəri UNEC-i seçib. 

Onu da qeyd edək ki, MBA Proqramı üzrə qəbulda UNEC-in ölkə üzrə payı son 5 ildə 43.5 faizdən 65.8 faizə yüksəlib.

MBA  üzrə ixtisaslaşmaların sayı son 5 ildə 10-dan 17-ə artıb və 2019-2020-ci tədris ili üzrə planlaşdırılan 885  yer 100% dolub.

Bütövlükdə, magistratura səviyyəsi üzrə UNEC 2019-2020-ci tədris ilinin qəbul planı 96,8% yerinə yetirib. 

Bu il digər illərdən fərqli olaraq, qəbul olunmuş magistrantların  ballarında da artım müşahidə olunub.

Ümumi orta bal üzrə göstərici 99 bal təşkil edib. O cümlədən, Respublika üzrə 140 baldan yuxarı nəticə göstərən 3 nəfərdən 2-si, ölkə üzrə ən yüksək bal toplamış (147 bal) tələbə UNEC-in MBA Proqramı üzrə magistratura səviyyəsinə qəbul olunub.

Bütövlükdə, 112 və daha yuxarı bal toplamış tələbələrin sayında kəskin artım müşahidə olunub. Son beş ildə bu göstərici 3,4 dəfə artaraq, 295 nəfərə çatıb. 

Bununla yanaşı, 79 və daha az bal toplayanların sayında azalma baş verib, bu göstərici 2014-2015-ci tədris ilindəki 175 nəfərdən 2019-2020-ci  illərində azalaraq, 75 nəfərə enib.

Ümumilikdə, 2014-2015-ci  illərdə qəbul olunanların 14%-i 79 və daha az bal toplayıbsa, artıq 2019-2020-ci tədris ilində bu göstərici azalaraq 4% təşkil etib.

Bütövlükdə, magistratura üzrə UNEC-ə qəbul son 5 ildə 6.2% , keçən illə müqaisədə 4.4%, o cümlədən MBA Proqramı üzrə magistratura səviyyəsinə qəbul 2014-2015-ci tədris ilinə nisbətən 24,8%, o cümlədən azərbaycan bölməsi üzrə 68% artıb.

Şükufə Süleymanlı

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay