A

azedu.az

Hazırda bütün dünyanı gərginlik altında saxlayan koronavirus epidemiyası, “COVİD-19”virusu  planetdə 290 milyondan çox şagird və tələbənin təhsilini yarımçıq qoyub.

Belə məqamda, təhsilin fasiləsizliyini qoruyub saxlamaqdan ötrü alternativ tədris metodları ən uyğun çıxış yoludur. Dünyada – xüsusən də virusun vətəni sayılan Çində keçirilən onlayn dərslər buna əyani nümunədir.

Azərbaycanda isə tələbələrin tədris keyfiyyətinin aşağı düşməməsindən ötrü bu metodu təklif edən ali təhsil müəssisəsi UNEC-dir.

Universitetin rektoru, professor Ədalət Muradov bir müddət öncə distant təhsilin faydalılığı və dövrün əsas tələbi kimi vacibliyini önə çəkib.

Bu məqsədlə də, UNEC-də 2016-cı ildə bir akademik saat ərzində 6 min tələbəyə dərs keçmək imkanı verən “UNEC Extern” mərkəzi yaradılıb.

Bu mərkəzin özəlliyi nədir, təhsildə hansı rolu oynaya bilər və s. kimi suallara cavab tapmaq üçün üz tutduq UNEC-ə.

Beləliklə, AzEdu.az dünyada tüğyan edən koronovirusla təhsil naminə döyüşmək gücündə olan yeganə mərkəzdən hazırladığı reportajı təqdim edir:

Öncə, distant təhsil haqqında

“Distant təhsil –tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu formasıdır.  Bildiyiniz kimi, bu forma dünyada çox geniş yayılıb. Distant təhsilin əsas fəlsəfəsi odur ki, öyrənən və öyrədən eyni mühitdə deyillər.  Onlar üçün bu mühiti yaradan telekommunikasiya vasitələridir.    İnformasiyalar öyrənənlərə çap materialları, elektron dərslik, vasitələr, televerilişlər və s. formada təqdim edilir.  Təhsilin distant forması müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və yeni ixtisas almaq arzusunu həyara keçirə bilməyən potensial şəxslərə real təhsil imkanları yaradır.  Ənənəvi təhsil formaları ilə müqayisədə bu təhsil öyrənənlərin müstəqilliyini, fəallığını, yaradıcılığını inkişaf etdirir”.

Müsahibimiz UNEC-də bu təhsil formasını tətbiq edən müəllimlərdən biri dosent Raqif Qasımovdur. O, mərkəz  haqqında danışarkən öncə bunu qeyd edib ki, hazırda distant təhsili geniş miqyaslı həyata keçirmək üçün  burada hər cür şərait yaradılıb:

“Universitetin rektoru, professor Ədalət Muradov bir müddət öncə distant təhsilin faydalılığı və dövrün əsas tələbi kimi vacibliyini önə çəkib.

Bu məqsədlə, UNEC-də 2016-cı ildə bir akademik saat ərzində 6 min tələbəyə dərs keçmək imkanı verən “UNEC Extern” mərkəzi yaradılıb.

Təhsil “Qanun”unda distant  təhsil formasını rəhbər tutaraq dünyanın aparıcı universitetlərinin təcrübəsi əsasında hazırlan “UNEC Exnern”-in 2018-ci ildə açılışı olub. Mərkəz 20 min tələbəyə xidmət göstərmək üçün nəzərdə tutulub, 6 tədris studiyası, 12 inzibati və 1 müzakirə otağı var.  Auditoriyaları əvəz edən studiyaların tərtibatı və təchizatı bir çox ABŞ və Avropa universitetlərinin analoji mərkəzlərindən daha üstün təşkil edilib.  Hazırda onlayn tədrisin aparılacağı studiyalarda elektron kürsü, xüsusi sensor lövhə, monitor,  HD kamera və səs avadanlıqları quraşdırlıb. Müəllim və tələbələrin rahatlığı, eləcə də keyfiyyətli tədris prosesinin aparılması ilə bağlı ən incə detallar belə nəzərə alınıb.   2016-ci ildən etibarən bütün dünya təcrübəsi öyrənilərək, analiz edilərək bu mərkəz qurulub. Hətta rektor Ədalət Muradovun rəhbərliyi ilə   distant təhsil həyata keçirən Avropa, Türkiyə ölkələrinin universitetlərinə səfərlər təşkil olunub. Bu səfərlərdə işçi heyət də iştirak edib”.

Təhsilsiz mümkün deyil

 “UNEC Extern” mərkəzi xüsusən də bu günlər bütün ölkə üçün çox vacib, zəruri bi obyekt sayılmalıdır. Çünki, ən eksterimal hallarda belə təhsilsiz qalmaq mümkün deyil. Amma gərək, darıxmayaq, çünki mərkəzdə həqiqətən də təhsilin fasiləsizliyini təmin edəcək bütün resurslar var. Müsahibi dinləyək:

 “Müasir dövrdə biz təhsilsiz qala bilmərik. Ən ekstrmal vəziyyətlərdə belə bu təhsil formasından istifadə etmək mümkündür. Fikrimcə, artıq distant təhsilə keçməyin vaxtıdır. Bunun üçün UNEC-in yaratdığı baza, təcrübə istifadə olunmalıdır.  Bu formanın tətbiqi üçün bütün lazımlı şəraitimiz var və biz hazırlıq işləri də həyata keçirmişik. Düşünürük ki, bizə icazə verilsə, digər universitetlərdə də tətbiqində təcrübəni paylaşmaqla köməklik göstərə bilərik.

Hazırda  univerisetetdə 20 ixtisas üzrə 11 mindən çox tələbə təhsil alır. Fakültələrin proqramlarında oxşar fənlər də var. Ümumilikdə,  ingilis, türk, rus və Azərbaycan dillləri  üzrə  birlikdə  510 fənn müəyyən etmişik.  Həmin fənlər üzrə hazırlanan proqramların tədrisində lazımlı şərait var. Müəllimlərimiz  və tələbələrimizin cədvəlini də hazırlamışıq. Məsələn, indi universitetlərdə tədrisin dayandırılması zamanı biz distant təhsili həyata keçirə bilərik”.

O vurğulayıb ki, Azərbaycanda yeganə mərkəz olan “UNEC Extern”də digər universitetlərin tələblərinə də müəyyən qədər distant dərslər vermək mümkündür:

 “İndiki şəraitdə texniki avadanlıq 12 min-ə yaxın bakalavr tələbələrini əhatə etməyə imkan verir. Biz düşünürük ki, növbəti mərhələdə magistratura tələbələrimizi də distant təhsilə keçirək.  Amma digər universitetlərdən müraciət olarsa, 3-5 min tələbəsi olan universitetlərə köməklik göstərə bilərik. Onlar bizim üçün çox kiçik universitetlərdir. Lakin 8-10 mindən artıq tələbəsi olan universitetlərə köməklik üçün əlavə studiyalara ehtiyacımız ola bilər.

Azərbaycanda başqa universitetdə belə mərkəzlər yoxdur. Düşünürük ki, hələlik onların buna kifayət qədər bazası çatmır.  Amma bizdə bunu reallaşdırdırmağa hər cür imkan var. 20 min tələbəyə distant təhsil vermək olar”. 

Dərslər xüsusi kameralar vasitəsilə çəkilir ki, bu da sonradan tələbələrə istədikləri dərsə yenidən baxmağa imkan verir. Dərslər yazılır, xüsusi proqramla formatlaşdırılır və keçir arxivə”.

Mərkəz bizə nə qazandıracaq?

 R.Qasımov sözügedən təhsilin qaydalarından, işlənmə mexanimzlərindən, ən əsası isə tələbələrə və universitetə qazandırdığı imkanlardan danışıb:

“Qeyd etdiyimiz kimi distant təhsil forması bizdə mövcuddur, amma onun tətbiqi üçün mexanimzlər, qaydalar hazırlanmalıdır. Bizim mərkəz tərəfindən zəruri qaydalar hazırlanaraq Təhsil Nazirliyinə təqdim olunub.  Əyani və qiyabı təhsil 348 saylı kredit sistemi qaydaları ilə tənzimlənir. Distant təhsildə tələbənin qəbul imtahanlarından tutmuş, bitirənə qədər hansı qaydalardan keçəcəyi, əyani, qiyabi təhsildən necə fərqlənəcəyi müəyyənləşdirilməlidir. UNEC Extern mərkəzində hazırda reallaşan tədrisi biz əyani təhsilin bir alternativi olaraq görürük.  Sadəcə müəllim və tələbə bir yerdə deyil,  bütün proses əyani formada həyata keçirilir. Tələbələr monitorda, müəllim isə studiyadadır.  Dərsin bu cür həyata keçirilməsi əslində qaydanın 5-10 faizidir. Tələbə qəbul imtahanı distan formada verəcək ya yox, yəni ayrıca qəbul, təhsil ödənişi, kreditlərin seçilməsi, partime, yaxud fultime tədrisə cəlb olunma, dərslərin neçə faizində iştirak etməli olduğu, tədris materiallarının necə təqdim olunması, müəllimlərin maaşının ödənişi, bir akademik dərsin müddəti, biliyin qiymətləndirilməsi, təcrübəsi  və s. məsələlər yeni qaydalarda müzakirə olunmalıdır.  Biz bütün bu məsələləri təklif  qaydalarında hazırlayaraq Nazirliyə təqdim etmişik”.

 “Distant təhsil nə əyanidir, nə qiyabi. Ayrıca təhsil formasıdır”

Müsahibimiz oxuculara da maraqlı olan məsələyə aydınlıq gətirir. Digər təhsil formalarından distant təhsilin oxşar və fərqli cəhətləri nədir?

Proqram, sillabus, dərsliklər əyani təhsillə eynidir. Sadəcə tədris forması dəyişir.  Bildiyiniz kimi qiyabi təhsildə keçirilən məşğələ və mühazirə saatlarının   30 faizini tələbə dərsə gəlməlidir. Bu təhsil formasını seçənlərin əksəriyyəti işləyən tələbələr olur. Onlar bir ay boyu iş yerlərindən icazə alır, dərsə gəlir. Distant təhsilin üstünlüyü odur ki, tələbə bir ay yox, hər zaman əyanidə olduğu kimi dərsdə iştirak etməlidir, davamiyyət qeydiyyatı tətbiq olunur.Sadəcə fiziki olaraq evdən, işdən çıxıb dərsə gəlməkdən söhbət gedir ki, bunun yerinə siz olduğunuz yerdə telefonuzu açaraq internetə qoşulub dərsi dinləyə bilərsən”.

 Bu yerdə bir sual: Bu təhsil forması universitetlərin büdcəsinə necə təsir edəcək?

“Mən həm də müsahib olduğum üçün bu suala o nöqteyi-nəzərdən cavab  vermək istəyirəm.  Əlbəttə ki, müsbət təsir edəcək. Üstünlük ondadır ki, distant təhsilə ayrılan qüvvə, inzibatı heyət azalır. Dekanlıqlar, fakültələr, inzibati binalar, kafedralar saxlamaq yerinə 2 mərtəbəli bir məkrəzin  6 studiyasında 20 minə yaxın bir tələbəyə dərs verə bilərik.

Türkiyədə  Anadolu –Eskişəhər Universiteti digər formalarla yanaşı, distant təhsil həyata keçirir. Onun tələbələrin sayı 1.5- 2 milyondur”.

Mərkəzlə əyani tanışlıq

Daha sonra söhbətimizi mərkəzin müxtəlif rəngli studiyalarını gəzməklə davam etdiririk.  Müsahiblərimizdən UNEC-in müəllimi  Zaur Əziz bizi onlayn şəkildə reallaşan dərs modelləri ilə tanış edir.

O qeyd edir ki keçirilən mühazirələrdə 1000 nəfər, seminarlarda isə 20 tələbə iştirak edir:

 “UNEC Elektron Universitet Modeli (EDUMAN) saytında müəllimlərin və tələbələrin şəxsi kabinetləri yaradılıb. Tələbə şəxsi kabinetə daxil olaraq istədiyi vaxt dərsləri təkrar imkanına malikdir.  Onlayn dərs zamanı müəllim qarışıqlıq olmasın deyə, hər bir tələbənin mikrafonunu bağlayır. Tələbə sualı ya yazılı şəkildə verə bilər, ya da əl qaldırmaqla sualı səsləndirə bilər. Proqram elə quraşdırılıb ki, əl qaldıran zaman avtomatik olaraq tələbə ekranda görünəcək və müəllim də onun mikrafonunu açaraq sual verməsinə imkan yarada biləcək. 

Burada davamiyyət yoxdur. Tələbə dərsə qoşulan kimi avtomatik olaraq elektron jurnala onun iştirak etdiyi yazılır. Jurnal yalnız dərs müddətində aktiv olur, ona sonradan müdaxilə etmək, dəyişmək mümkün deyil”.

Heydər Əliyev Fondundan böyük dəstək

O, həmçinin  burada reallaşdırılan təlimlər barədə də məlumat verib.

“Mərkəzdə Heydər Əliyev Fondu tərəfindən təşkil olunan distant Çin dili kursları keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva UNEC Eksterndə onlayn dərsləri izləyib. Onlayn olaraq keçirilən dərsdə Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasında təhsil alan çinli tələbələrlə birbaşa bağlantı yaradılıb. Qeyd edim ki, Leyla Əliyeva UNEC Eksternin distant təhsil vermək imkanlarını yüksək qiymətləndirib.

Həmçinin İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı Vergilər Nazirliyinin və UNEC-in dəstəyi ilə 800-ə yaxın sahibkar üçün onlayn təlimlər keçirilib”.

 Bununla da UNEC Extern mərkəzində xoş təssüratlarla ayrıldıq.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay