A

azedu.az

Koronavirusla bağlı təhsildə yaranan fasilənin nəticələrini aradan qaldırmaq üçün UNEC-də distant dərslər artıq başlayıb.

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri UNEC-də tələbələr üçün yaradılan şəraitlə tanış olub. Şuranın katibi  İlqar Orucov bununla bağlı fikirlərini Azedu.az-la bölüşüb:

“UNEC bu modeli tətbiq etməklə ölkəmizdə universitet necə olmalıdır, sualına cavab verdi”

“Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri olaraq ölkəmizdə ilk dəfə məhz UNEC-in təqdim etdiyi distant təhsilin tətbiqi imkanları ilə  tanış olduq.

 “Bu, Azərbaycan universitetləri üçün bir ilkdir. Qısa müddət ərzində bu qədər işin görülməsi təhsilimiz üçün yenilikdir. Bununla qürur duyuruq!  Dünyada distant  təhsillə bağlı nə kimi işlər görülürsə, onların hər biri UNEC-də tətbiq olunur. Bu prosesə universitetin  müəllim və  tələbələri tam hazırdır.

UNEC bu modeli tətbiq etməklə  “ölkəmizdə universitet necə olmalıdır?” sualına cavab verdi. Digər universitetlərimiz də bundan örnək götürməlidirlər. Bu təcrübəni öyrənmək üçün xarici ölkələrə getməyə gərək yoxdur, UNEC-dən istədikləri informasiyanı əldə edə bilərlər.

UNEC-də möhtəşəm elektron kitabxana fəaliyyət göstərir. İctimai Şuranın 5 üzvü burada iştirak etdi. Fikrimcə, hər birinin fikirləri mənimlə eynidir. Bu cür möhtəşəm işlər gördüyü üçün universitetin rektoru, professor Ədalət Muradova təşəkkür edirəm”,-deyə İlqar Orucov bildirib.

 Qeyd edək ki, UNEC-də distant dərslər bütün fakültə və ixtisaslar üzrə tədris olunur. Dərslər 4 dildə aparılır.

 Dərslər növbəli şəkildə saat 08:00-dan 20:20-dək tədris olunur və martın 20-dək davam edəcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay