A

TED.az

Azərbaycan Dövlət İqtisad Universitetində tələbələrin təklif və iradlarını öyrənmək məqsədilə fakültə dekanlarının canlı yayımlarına başlanıb.

Bu barədə TED.az-a universitetin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova məlumat verib.

Bildirib ki, aprelin 6-dan distant dərslərə başlanıb: "Bu həftədən Feysbuk üzərindən  bütün fakültə və pillələr üzrə dekanların canlı yayımlarına başlanıb. Canlı yayımları 8-18 aprel tarixlərində olacaq. Fakültələrə uyğun tarixlər barədə öncədən məlumat verilib. İlk dəfə İqtisadiyyat fakültəsinin dekanı canlı yayıma çıxaraq tələbələrin suallarını cavablandırıb. Tələbələr distant təhsil və digər məsələlərlə bağlı onları narahat edən məqamları səsləndiriblər. İnternet məhdudluğu ilə bağlı fikir səsləndirən olmayıb. İnternet imkanı olmayan müəllimlər isə digərləri ilə əvəz olunublar".

Lamiyə SÜLEYMANLI

TOP XƏBƏRLƏR