A

azedu.az

UNEC-in tələbəsi Nizgan Cəbiyeva ACCA-nin (Association of Chartered Certified Accountants – İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası) Financial Reporting (Maliyyə hesabatı) imtahanında dünyada ən yüksək nəticəni əldə edib.

 “100 baldan 97 topladım və dünya üzrə birinci yerə çıxdım” 

Nizgan Cəbiyeva bu uğuru haqda təəssüratını AzEdu.az-la bölüşüb:

Əvvəlcə Azərbaycanda mühasibat və maliyyə sahəsində çox geniş yayılmış ACCA-nın sertifikatlaşdırma imtahanında(S7-Financial Reporting) iştirak etdim. Bu imtahanda dünyanın müxtəlif ölkələrindən olan müxtəlif yaş qruplarına aid insanlar iştirak edir. Bəziləri işləyirlər, bəziləri isə mənim kimi tələbə olurlar. İmtahan ildə 4 dəfə keçirilir  və mən mart sessiyasında iştirak etdim. 100 baldan 97 topladım və dünya üzrə birinci yerə çıxdım. Gələcək fəaliyyətim üçün lazımlı müvəffəqiyyətdir. İnanıram ki, işəqəbul zamanı mənim üçün bu qalibiyyətim böyük avantaj olacaq.

“Dünyada üzrə birincilik gözləmirdim”

Nizgan xanım dünya üzrə birinci yerə sahiblənsə də özündən bu uğuru gözləmədiyini bildirib:

“Kursa gedərək imtahan üçün hazırlaşdım. Simnar Paşazadə müəllimim olub. Testlər üzərində çox çalışdım. İmtahana məsuliyyətli yanaşdım və nəticəsini gördüm.

Balımı öyrəndikdən sonra Azərbaycanda ən yüksək nəticənin məndə olduğunu düşünürdüm. Dünya üzrə birincilik gözləmirdim. Ancaq daha sonra düşündüm ki, məndən daha az bal toplayıb birincilik əldə edənlər olub. Buna görə də mənim qalibiyyətim təəccüblü gəlmədi.

“Fəaliyyətimdən Azərbaycan faydalanmalıdır” 

Hazırda bakalavr pilləsi üzrə təhsil alan Nizgan Cəbiyeva magistraturanı da ölkədə oxumaq fikrindədir: 

“Hazırda bakalavr pilləsi üzrə təhsil alıram. Magistr üçün xarici ölkələrdən birini düşünürəm. Tam deyə bilmərəm ki, filan ölkəni istəyirəm, bəlkə də yeni imkanlar yaranacaq və bu da öz-özünə alınacaq. Ancaq daha sonra öz ölkəmə qayıtmaq istəyirəm . Düşünürəm ki, biliyimdən və gələcəkdəki fəaliyyətimdən Azərbaycan faydalanmalıdır. Ölkəm üçün çalışacağam.

Məlumat üçün bildirək ki, Nizgan Cəbiyeva Beynəlxalq İqtisadiyyat Məktəbinin (İSE) 2-ci kurs tələbəsi  tələbəsidir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay