×

Xəbərdarlıq

Joomla\CMS\Cache\Storage\FileStorage::_deleteFolder JFolder: :delete: Kataloqu silmək alnmadı. Yol: /home/news/web/news.unec.edu.az/public_html/cache/page


A

azedu.az

“Əziz tələbələr,

Bu gündən etibarən başlayan yaz imtahan sessiyasında hər birinizə uğurlar arzulayıram.

Koronavirus pandemiyası səbəbilə yaşanan fərqli bir semestr artıq başa çatdı. Siz tələbələr universitetimizin üçün həmişə xüsusi dəyərə sahib olmusunuz. Bu gün səssizlik içində olan universitet həyatı sizin üçün həqiqətən çox darıxır.

Müvafiq proflaktik tədbirlərin görülməsi məqsədilə tədrisin dayandırılması distant dərslərə keçidi zəruri etdi. Bu təcrübənin uğurlu tətbiqində fədəkar müəllimlərin, öyrənməyə həvəsli tələbələrin və yorulmadan çalışan əməkdaşların zəhməti və dəstəyi böyükdür. Bu prosesə töhfə qazandıran hər kəsə öz dərin minnətdarlığımı çatdırıram. Məhz UNEC ailəsinin birgə səyi nəticəsində təhsilin davamlılığı təmin edildi və fənnlər üzrə nəzərdə tutulan bütün mövzuların tədrisi yekunlaşdı”.

AzEdu.az xəbər verir ki, bu fikirləri UNEC-in rektoru, professor Ədalət Muradov öz facebook hesabında bildirib. O, imtahan verəcək bütün tələbələrə uğurlar arzu edib:

“Bu İmtahan sessiyasında da obyektivlik və şəffaflıq prinsipinin qorunması təmin ediləcək, eləcə də tələbələrin hər zamanki bilik mübarizəsinin şahidi olacağımıza əminik. Mövcud vəziyyətin tələbləri nəzərər alınaraq bütün imtahanlar distant formada təşkil olunacaqdır. Atılan uğurlu addımlardan biri də ilk dəfə olaraq distant imtahanlarda proktorinq sisteminin tətbiqidir. Xüsusi təlimlərdən keçmiş proktorlar distant imtahanların qaydalar çərçivəsində təşkilinə tam dəstəyi göstərəcəkdir.

Universitet səviyyəsində imtahan prosesinə nəzarət sistemində də təkmilləşmələr aparılmışdır. UNEC rəhbərliyi səviyyəsində və hər bir fakültədə Virtual Qərargah formalaşdırılmışdır ki, burada qarşıya çıxan məsələlərin operativ həlli təmin ediləcək. Fakültələrdə Virtual İmtahan Qərargahlarında imtahanlara birbaşa nəzarət edən proktorlar, proktorinq sistemini tənzimləyən subadminlər, fakültələr üzrə təşkil edilən bütün imtahan sistemini nəzarətdə saxlayan koordinatorlar təmsil olunurlar.

Bu gün, distant imtahanların ilk günü 90%-dən çox tələbələr imtahanda iştirak etdi və imtahan verənlərin 98 faizi imtahanı uğurla başa vurdu.

İmtahan nəticələrinə görə apelyasiya sistemi əvvəlki kimi fəaliyyət göstərəcək.

İmtahan sessiyası ilə bağlı bütün müraciətlərinizi fakültələrin qaynar xətt facebook səhifələrinə, elədə də “UNEC Qaynar xətt” facebook səhifəsinə ünvanlaya bilərsiniz.

Əziz tələbələr,
Bir daha hər birinizə möhkəm cansağlığı, imtahanlarda uğurlar arzulayıram”.

TOP XƏBƏRLƏR