A

azedu.az

“Post-pandemiya dövründə xüsusi ilə distant təhsil sahəsində universitetlər arasında rəqabətin sərtləşəcəyi qəbul olunur. Bu problemin həlli  universitetlərin şəbəkələşməsini gündəmə gətirir. Şəbəkə universitetləri, şəbəkə fakültələri, hətta şəbəkə ixtisaslarının rolu və əhəmiyyəti artacaq”

AzEdu.az xəbər verir ki, bunu UNEC rektoru Ədalət Muradov Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə keçirilən “Post COVİD müddətində Ali təhsil və  Tədqiqat” mövzusunda seminarda qeyd edib.

O, bildirib ki, bu mövzuda ən yaxşı müəllimləri mütəxəssis hazırlığına cəlb etmək olar:

“Bu həm də sərtləşən rəqabətə adekvat reaksiya olmaqla keyfiyyətli təhsilə aparan yolların qısaldılması kimi qiymətləndirilə bilər. Belə ki, işlədiyi universitetdən, yaşadığı  yerdən asılı olmayaraq ən yaxşı müəllimləri mütəxəssis hazırlığına cəlb etmək olar”.

Rektor, distant təhsildə inhisarçılıq məsələsindən danışıb:

“Distant təhsilə keçid zamanı qaçınılmaz görünən təhlükələrdən biri də təhsildə rəqəmsal inhisarçılıqdır. Bu ənənəvi analoq inhisarçılıqdan daha da ciddidir. Biz həm dövlət, həm də özəl təşkilatların distant təhsillə bağlı rəqəmsal inhisarçılığını nəzərdə tuturuq. Sirr deyil ki, burada söhbət daha çox distant təhsil modelinin formalaşması prosesində tətbiq edilən təhsil texnologiyalarının, təhsil infrastrukturunun, hətta yeni olan distant təhsil metodologiyasının vahid mərkəzdən idarə olunmasının yarada biləcəyi təhlükədən gedir. Bu məqam nəzərə alınmalı və qısa bir zamanda zəruri tədbirlər görülməlidir”.

Rektor rəqəmsal institutlar mövzusuna diqqət çəkib:

“Rəqəmsal təhsil üçün vacib olan, lakin təəssüf ki, haqqında çox az danışılan məsələlərdən biri də rəqəmsal institutlardır. Doğrudur, institutlarla, normalarla keyfiyyətli təhsilə  nail olmaq olmaz. Amma həmin normalarla keyfiyyətli təhsil üçün əlverişli mühüt yaratmaq olar. Əminik ki, bu məsələ aktuallığını artıracaq və ən qısa vaxta həllini  gözləyir”.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay