A

 Moderator.az

Rafiq Əliyev: “Ədalət Muradov gün üçün deyil, tarix üçün yaşayan insandır” 

“Sədaqət onu səciyyələndirən ən mühüm xüsusiyyətdir” 

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun 60 illik yubileyidir. 

Moderator.az-a açıqlama verən professor Rafiq Əliyev bu münasibətlə Ədalət Muradovu təbrik edib, onunla bağlı arzularını dilə gətirib: 

“Öncə Ədalət müəllimi 60 illik yubileyi münasibəti ilə təbrik edirəm. Qeyd edim ki, milləti, xalqı, ölkəni ancaq seçilmişlər təmsil edər. Ölkə də, xalq da ancaq seçilmişləri sayəsində tanınar. Belə seçilmişlərdən biri Ədalət müəllimdir.  

Ədalət müəllimində elm aləmində öz yeri olan, iqtisad elmində öz sözü olan gözəl bir alimdir. İkincisi isə, təhsil təşkilatçısı kimi onun özünün xüsusi yeri var. O, Azərbaycan təhsilinə yeni və təmiz bir nəfəs gətirdi. Yəqin ki, mənim bu sözlərimin arxasında nələrin dayandığını anlaşılır.  

Ədalət müəllimin şəxsiyyətini də, özünü də yaxşı tanıyıram. Onun sadaladığın xüsusiyyətləri içərisində ən dominantı sədaqətidir. Sədaqət deyəndə onun elmə, peşəyə, təhsilə, doğulduğu evə, elinə, obasına, vətəninə, dostlarına, ailəsinə olan sədaqətini nəzərdə tuturam. Sədaqət Ədalət müəllimi səciyyələndirən əsas xüsusiyyətdir.  

İnsan var gün üçün, insan da var tarix üçün yaşayır. Əminəm ki, Ədalət müəllimin tarixdə öz izi qalcaq. Mən Ədalət müəllimə uzun bioloji ömür, cansağlığı, elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayıram”.

 
Seymur ƏLİYEV

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay