INFONEWS 

“Biz xaricdən gələn mütəxəssisləri, peşəkarları nə üçünsə universitetlərə gətiririk, məktəblərə isə yox. Məktəblərdə 11 illik yorucu bir təhsil həyata keçirilir. Şagird müəyyən bir proqramı mənimsəyir və bütün vaxtını hazırlıqlarda keçirir ki, universitetə daxil ola bilsin. Amma nə üçün universitetə girməsinin səbəbini bilmir. Çünki məktəblərdə bu barədə heç bir iş aparılmır.”

“İNFONEWS” xəbər verir ki, bunu UNEC-in SABAH Mərkəzinin rəhbəri Aida Quliyeva “Sabaha saxlamayaq” verilişində qonaq olarkən söyləyib.

Sentyabrın 21-də İctimai TV-nin “Sabaha saxlamayaq” verilişində “Tələbə adını qazanmışların universitetlərdən imtina etməsi səbəbləri” müzakirə edilib.

Verilişin qonaqları millət vəkili Ceyhun Məmmədov, UNEC-in SABAH Mərkəzinin rəhbəri Aida Quliyeva, İxtisas seçimi və karyera üzrə mütəxəssis Adil Vəliyev, ADNASU-nun Təhsil işləri üzrə prorektoru, dosent Qasım Məmmədov, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Pərvanə Məmmədova, Təhsil idarəetməsi üzrə mütəxəssis Rasim Dünyamalıyev olub.

UNEC-in SABAH Mərkəzinin rəhbəri Aida Quliyeva aparıcının “2355 nəfər tələbə adını qazandıqdan sonra universitetlərdən imtina edib. Sizcə, qəbul şərtlərində hər hansı bir dəyişiklərin edilməsinə ehtiyac varmı?” sualını cavablandıraraq, “Bu platformaya yeni baxışla yanaşmaq lazımdır. Çox istərdik ki, aidiyyatı qurumlar təhlillər aparsınlar, imtina səbəbləri geniş araşdırılsın”, – deyə cavab verib.

Verilişin tam versiyasını təqdim edirik:   

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay