UNEC-in Mühəndislik fakültəsinin bir qrup müəllim və tələbələri “Azərenerji” ASC-nin nəzdində olan Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunda (AET LAEİ) olublar.
Mühəndislik və tətbiqi elmlər kafedrasının müdiri professor Rövnəq Rzayev, müdir müavini Aytən Rzayeva, “Elektrik və elektronika mühəndisliyi” ixtisasının rəhbəri, professor Rəna Babayeva, Laboratoriyaların işinin təşkili mərkəzinin direktoru Tural Nağıyev və tələbələr AET LAEİ-nin direktoru dosent Aytən Babayeva, institutun Tədris mərkəzinin direktoru Hikmət Əliyev və mərkəzin bir qrup işçiləri ilə görüşüblər. UNEC-in müəllim və tələbə heyətinə institutunu fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Sonra tərəflər arasında birgə əməkdaşlıq istiqamətləri haqqında müzakirələr aparılıb.
Səfər zamanı tələbələr Tədris mərkəzinin laboratoriyaları və qurğuların işləmə prosesləri ilə də tanış olublar.