A

UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin və “ESN-Erasmus Student Network” beynəlxalq tələbə təşkilatının birgə təşəbbüsü ilə “ESN-UNEC təşəbbüs qrupu” yaradılıb.

Qeyri-kommersiya beynəlxalq tələbə təşkilatı olan ESN-nin ilk bölməsi 1989-cu ildə Hollandiyanın Utrext şəhərində yaradılıb. Sonradan isə Avropanın müxtəlif universitetlərində bölmələri fəaliyyətə başlayıb. Hazırda ESN şəbəkəsi Azərbaycan da daxil olmaqla, 32 Avropa ölkəsində fəaliyyət göstərən 280 bölmədən ibarətdir. ESN-in missiyası beynəlxalq tələbələri təmsil etmək, tələbələrin bir-birinə kömək etməsi prinsipi ilə mədəni anlaşma və özünüinkişaf üçün imkanlar təmin etməkdir.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay