A

UNEC-də Xarici Dillər Departamenti və Yelo Bankın birgə təşkilatçılığı ilə “Yelo Career Challenge” layihəsinə start verilib.

Layihə çərçivəsində tələbələrə “Karyera yolunda təlim ehtiyaclarının müəyyənləşdirilməsi”, “Müsahibəyə hazırlıq və müsahibə bacarıqlarının təkmilləşdirilməsi”, “Agile Gələcək” mövzularında təlimlər keçilir.

Öyrənməni daha əyləncəli hala gətirən “Oyunlaşdırma metodu” isə tələbələr tərəfindən böyük maraqla qarşılanıb.

Təlimləri uğurla başa vuran tələbələr üçün Yelo Bankda ödənişli təcrübə proqramı nəzərdə tutulub.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay