A

UNEC-in Rus İqtisad Məktəbində 8 Noyabr-Zəfər Gününə həsr olunan “Nə? Harada? Nə zaman?” intellektual yarış keçirilib.

Rus İqtisad Məktəbinin direktor müavini Anar Eyyubovun tərtib etdiyi, Zəfər Gününə həsr olunan suallar iştirakçılara təqdim olunub.  10 komandanın bilik mübarizəsi apardığı yarışda I yeri “Dəmir yumruq” komandası qazanıb.

Maraqlı keçən yarışın sonunda qaliblərə kitab və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, yarış hər həftənin çərşənbə günü keçiriləcək.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay