A

YELO Bankın UNEC tələbələri üçün təlimləri uğurla davam edir.

UNEC-in Xarici Dillər Departamenti, Qiyabi və Əlavə Təhsil Mərkəzi və YELO Bankın birgə əməkdaşlığı çərçivəsində qiyabi təhsil alan birinci kurs tələbələri üçün təşkil olunan Soft Skills təlimlərinin ilk mövzusu “Your Success Formula” olub.

Bankın İnsan Kapitalının İdarə edilməsi komandasının direktoru Nigar İbadzadənin keçdiyi təlimdə tələbələrə "Life of Wheel" və "Values" hissələrindən ibarət praktiki çalışmalar verilib. Tələbələrlə müzakirələr aparıldıqdan sonra, onlara potensial fürsətlərin uğura çevrilməsi istiqamətində önəmli məqamlar barədə məlumatlar açıqlanıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay