A

Martın 28-də Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış UNEC məzunu, Vətən müharibəsinin şəhidi Teymur Zeynalovun doğum günü idi. Yaşasaydı 31 yaşı olacaqdı.

Şəhidin doğum günündə UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri İlkan Əliyev və fəal tələbələr onun məzarını ziyarət edərək, gül dəstələri düzüblər.

Teymur Zeynalov 1993-cü il martın 28-də Bakı şəhərində anadan olub. 2010-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ali təhsil alıb. "SOCAR" AQS-də çalışıb. Ailəli idi. 1 övladı var.

Azərbaycan Ordusunun əsgəri olan Teymur Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Teymur Zeynalov oktyabrın 24-də Füzuli döyüşləri zamanı şəhid olub. Bakı şəhərində, Biləcəri Şəhidlər Xiyabanında  dəfn olunub.

Teymur Zeynalov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay