A

“Yaşıl dünya naminə həmrəylik ili”  çərçivəsində təsdiqlənmiş “Yaşıl UNEC” ili tədbirlər planına uyun olaraq, Rəqəmsal iqtisadiyyat fakültəsinin və UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə tələbələr arasında “III Proqramlaşdırma olimpiadası” keçirilib.

Olimpiadada Rəqəmsal iqtisadiyyat fakültəsinin 39 tələbəsi “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı 5 istiqaməti əhatə edən suallar üzrə bilik mübarizəsi aparıb. 5 saat davam edən olimpiadada “Kompüter elmləri” ixtisasının 1-ci kurs tələbəsi Yəhya Camalzadə qalib olub. 2-ci yeri “İnformasiya təhlükəsizliyi” üzrə 1-ci kurs tələbəsi Kamran Əliyev, 3-cü yeri isə “Kompüter elmləri” ixtisasının 1 kurs tələbəsi Amil Abdullazadə qazanıb.

Qalib tələbələr diplomlar, digər iştirakçılara isə sertifikatlar təqdim olunub.

Tələbələrimizi təbrik edirik, onlara yeni uğurlar arzulayırıq.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay