A

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində Karyera Mərkəzinin təşkilatçılığı ilə təhsilimizin inkişafına töhfə vermək məqsədilə gənclərin fintex sahəsində biliklərinin artırılması, innovasiyaların təşviqi, fintexdə karyera fürsətlərinin düzgün dəyərləndirilməsi istiqamətində Azərbaycan Fintex Assosiasiyası tərəfindən həyata keçirilən “Fintech Talks” layihəsinin ilk görüşü təşkil olunub.

Tədbir zamanı “United Payment” şirkətinin icraçı direktoru Edqar Abdullayev və “Akhundoff Group” şirkətinin yaradıcısı Telman Axundov fintexdə innovativ həllər, onlayn ödəniş metodları, xarici və yerli fintex trendlər, rəqəmsal ödənişlərdə dələduzluqla mübarizə haqqında maraqlı məlumatları bölüşmüş və interaktiv müzakirələr aparmışlar.

Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay