A

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və Tələbə Gənclər Təşkilatının fakültə sədrləri Nuranə Tahirzadə və Mirəli Seyidovun birgə təşkilatçılığı ilə “Yaşıl Dünya naminə” adlı tədbir keçirilib.

Tədbir zamanı l kurs tələbəsi İlkin Əliyev "Qlobal istiləşmə" mövzusunda təqdimatla çıxış edərək, qlobal istiləşmənin əsas səbəbləri və  mənfi təsirlərinin qarşısının alınması istiqamətində müxtəlif ölkələr tərəfindən keçirilmiş tədbirlər haqqında məlumat verib.

Sonra isə Biznesin idarə edilməsi və  Maliyyə ixtisaslarının tələbələri arasında “Alternativ enerji yaxın 10 il ərzində əsas enerji mənbəyinə çevriləcək” adlı debatı keçirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay