A

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Təhsil Tələbə Kredit Fondunun əməkdaşları UNEC tələbələri ilə maarifləndirici görüş keçirib.

Görüşdə, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədr müavini Səbuhi İmanov fondun əməkdaşları və tələbələr iştirak edib. Əməkdaşlar tələbələrə maraqlı olan sualları cavablandırıblar, onlara Təhsil Tələbə Kredit Fondu haqqında geniş məlumat veriblər.

Bildiriblər ki, fond təhsilin əhatə dairəsini genişləndirmək, əlçatanlığını təmin etmək və təhsil almaqda bərabər imkanlar yaratmaq məqsədilə Elm və Təhsil Nazirliyinin tabeliyində yaradılıb. Təhsil tələbə kreditləri respublikamızın ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsində əyani təhsil alan və yeni qəbul olunmuş tələbələr üçün nəzərdə tutulub. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay