UNEC-in Biznes və menecment fakültəsi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin birgə təşkilatçılığı ilə icbari tibbi sığortaya həsr olunan maarifləndirici tədbir keçirilib.
Tədbirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məsləhətçisi Ləman Mollayeva icbari tibbi sığorta və onun xidmətləri haqqında iştirakçılara geniş məlumat verib. O, həmçinin düzgün qidalanma, fiziki fəaliyyət, streslə mübarizə və psixoloji sağlamlığın əhəmiyyətindən söz açıb.
Sonda tələbələrin mövzu ətrafında sualları cavblandırılıb.