A

Oktyabrın 24-də Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış UNEC məzunu, Vətən müharibəsinin şəhidi Teymur Zeynalovun anım günüdür.

Anım günündə UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin (BMDM) rəhbəri dosent Söhrab İsayev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri İlkan Əliyev, tələbələr və  şəhidin ailə üzvləri iştirak ediblər.

Tədbirdə Teymur Zeynalovun şərəfli ömür və döyüş yolundan bəhs olunub, onun İkinci Qarabağ müharibəsindəki qəhrəmanlığından və şücaətindən söz açıblar.

UNEC kollektivi şəhidin məzarı önünə gül dəstələri düzərək, əziz xatirəsini yad edib.

TOP XƏBƏRLƏR